Ronaldu karyerasında 700-cü qolunu vurub - VİDEO

Ronaldu karyerasında 700-cü qolunu vurub - VİDEO Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.
Futbol
12 Oktyabr , 2019 05:58
Ronaldu karyerasında 700-cü qolunu vurub - VİDEO

Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.

Bu barədə "Report" "Marca"ya istinadən xəbər verir.

Bildirilir ki, hücumçu futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda qolla yadda qalıb. Bu, onun peşəkar karyerasında 700-cü qoludur. 

Qeyd edilir ki, "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.

Son xəbərlər

Orphus sistemi