Ronaldu IFFHS versiyası üzrə ötən ilin ən yaxşı bombardiri mükafatını alıb

Ronaldu IFFHS versiyası üzrə ötən ilin ən yaxşı bombardiri mükafatını alıb 32 yaşlı forvard 2016-cı il beynəlxalq səviyyədə 24 qol vurub
Futbol
4 Noyabr , 2017 03:27
Ronaldu IFFHS versiyası üzrə ötən ilin ən yaxşı bombardiri mükafatını alıb

Bakı. 4 noyabr. REPORT.AZ/ "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronalduya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.

“Report” xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı yazıb.

Qollar hesablanarkən yığma və klubda yalnız beynəlxalq səviyyədə vurulan toplar nəzərə alınıb. 32 yaşlı forvard 2016-cı ildə 24 qol vurub (13 qol Portuqaliya millisində, 11 qol "Real"ın heyətində). Ronaldu rekord sayda – üçüncü dəfə bu mükafatın sahibi olub. O, bundan əvvəl 2013 və 2014-cü illərdə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi