Yuxarı

Ronaldu İspaniya ilə oyunda 38,6 km/saat sürət yığaraq rekord vurub - VİDEO

Ronaldu İspaniya ilə oyunda 38,6 km/saat sürət yığaraq rekord vurub - VİDEO
Onun bu sürəti əks hücum zamanı yığdığı iddia olunur

Bakı. 21 iyun. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştianu Ronaldu DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın "One" kanalı məlumat versə də, bu, rəsmi olaraq öz təsdiqini tapmayıb.

Futbolçu iyunun 15-də keçirilən matçda əks hücum zamanı bu sürəti yığıb, lakin hücum qol ilə nəticələnməyib.

Hazırda yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.

Portuqaliya-İspaniya matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Ronaldu oyunda karyerasında DÇ çərçivəsində ilk het-trikini rəsmiləşdirib.

Hazırda rəsmi sürət rekordu Ronaldunun "Real"dakı həmkarı Qaret Beylə məxsusdur. O, matç zamanı 36,9 km/saat sürət yığıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi