Bakı. 1 sentyabr. REPORT.AZ/ Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Farer adaları komandası ilə Dünya çempionatı-2018-in seçmə mərhələ oyununda het-trik edib.
"Report" xəbər verir ki, 32 yaşlı hücumçu cari seçmə mərhələdə vurduğu qolların sayını 14-ə çatdırıb.
Ronaldu bununla da, o vaxtkı Yuqoslaviya yığmasının heyətində Dünya çempionatı-1998-in təsnifat turnirində 14 qol vuran "Real" sabiq hücumçusu Predraq Miyatoviçin rekordunu təkrarlaya bilib.
Dünənki oyunda portuqaliyalılar evdə 5:1 hesabı ilə qalib gəliblər.