Ronaldu ÇL tarixində ardıcıl iki "play-off" matçında het-trik edən ilk futbolçu olub

Ronaldu ÇL tarixində ardıcıl iki "play-off" matçında het-trik edən ilk futbolçu olub Bundan əvvəl o, 1/4 finalda "Bavariya"ya 3 qol vurmuşdu
Futbol
3 May , 2017 01:56
Ronaldu ÇL tarixində ardıcıl iki play-off matçında het-trik edən ilk futbolçu olub

Bakı. 3 may. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının ilk yarımfinal matçında "Atletiko"nun qapısına 3 qol vuraraq het-trik (3:0) edib.

"Report" xəbər verir ki, o bunun sayəsində ardıcıl olaraq iki "play-off" matçında het-trik edən futbolçu kimi ÇL tarixinə düşüb.

Bundan əvvəl Kriştianu turnirin 1/4 finalının cavab oyununda "Bavariya"nın qapısına 3 qol vurub (əlavə vaxtda 4:2).

Son xəbərlər

Orphus sistemi