Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb

Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb Ronaldunun hesabında 25 oyuna 24 qol var
Futbol
19 Aprel , 2018 08:28
Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə "Atletik Bilbao"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

“Report” xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldunun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.

Son xəbərlər

Orphus sistemi