Kriştiano ​Ronaldo "Real"ın tarixində ən yaxşı bombardir olub - VİDEO

Kriştiano ​Ronaldo "Real"ın tarixində ən yaxşı bombardir olub - VİDEO İndi onun hesabında 230 qol var
Futbol
12 Sentyabr , 2015 21:14
Kriştiano ​Ronaldo Realın tarixində ən yaxşı bombardir olub - VİDEO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştiano Ronaldo İspaniya çempionatı çərçivəsində "Real" klubunun heyətində vurduğu qolların sayına görə rekord müəyyən edib.

"Report" xəbər verir ki, Ronaldo İspaniya çempionatının 3-cu turunun "Espanyol" ilə səfər qarşılaşmasında 5 qol vurub.

İndi onun hesabında 230 qol var. O, bu göstəriciyə görə, klubun əvvəlki kapitanı, İspaniya çempionatında 228 qol vurmuş Raulu qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi