Ronaldu hazırkı maddi vəziyyətindən danışıb

Ronaldu hazırkı maddi vəziyyətindən danışıb İtaliyanın Yuventus klubunun hücumçusu Kriştiano Ronaldu maddi vəziyyətindən və sahib olduğu avtomobillərin sayından danışıb.
Futbol
18 Sentyabr , 2019 06:58
Ronaldu hazırkı maddi vəziyyətindən danışıb

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldu maddi vəziyyətindən və sahib olduğu avtomobillərin sayından danışıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, o, varidatının yarım milyarda yaxın olduğuna ümid etdiyini bildirib:

"Doğurdanmı mənim varidatım yarım milyard dollara yaxındır? Düşünürəm ki, bəli, mən buna ümid edirəm. 100 faiz əmin deyiləm, amma bank hesabımda yaxşı pulun olduğunu söyləyə bilərəm".

Maşınlarımın sayı? Yəqin ki, 17. Ən çox rahat bir "Rolls-Royce" sürməyi xoşlayıram. İki "Bugatti", "Ferrari" və "McLaren" də var".

Ronaldu ötən yay "Real"dan "Yuventus"a keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 34 yaşlı hücumçu başa çatan mövsümdə İtaliya çempionatında 31 matçda iştirak edib və 21 qol vurub.

Son xəbərlər

Orphus sistemi