Ronaldo oyunçu qismində futbola qayıda bilər

Ronaldo oyunçu qismində futbola qayıda bilər Ronaldo ABŞ-ın "Fort-Loderdeyl-Straykers" klubunun tərkibində çıxış edəcək
Futbol
13 Dekabr , 2014 11:42
Ronaldo oyunçu qismində futbola qayıda bilər

Bakı. 13 dekabr. REPORT.AZ/ Braziliyanın tərkibində ikiqat dünya çempionu, 38 yaşlı hücumçu Ronaldo ABŞ-da futbolçu karyerasına davam edə bilər. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Ehtimal olunur ki, Ronaldo Şimali Amerika futbol liqasında oynayan və özünün şərik olduğu "Fort-Loderdeyl-Straykers" klubunun tərkibində çıxış edəcək.

"Mən komandanın formalaşmasında, eləcə də klubun tərəqqisinə səbəb olacaq aksiyalarda fəal iştirak edəcəyəm. Əminliklə deyə bilərəm ki, ABŞ-da futbol  yüksəlişə gedir", - keçmiş forvard bildirib. 

Qeyd edək ki, Ronaldo - ikiqat dünya çempionu, FİFA versiyası üzrə ən yaxşı futbolçu mükafatının üçqat sahibidir. "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan", "Korintians" klublarında çıxış edib. Karyerasını 2011-ci ildə Braziliyanın "Korintians" klubunun tərkibində bitirib. Braziliyanın 2014-cü ildə dünya çempionatına hazırlıq üzrə təşkilat komitəsinin üzvü olub.

Son xəbərlər

Orphus sistemi