Yuxarı
    Bağlamaq

    Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

    Portuqaliya yığmasının rəhbəri Fernandu Santuş ən yaxşı məşqçi seçilib

    Bakı. 28 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu – "Globe Soccer Awards" mükafatına layiq görülüb.

    "Report" xəbər verir ki, bu barədə mükafatın mətbuat xidmətinin məlumatında bildirilir.

    Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.

    Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi