Yuxarı

​Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb - VİDEO

O, turnirin qrup mərhələsində ən çox qol vuran futbolçu olub

Bakı. 09 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Malmö"nün qapısına 4 dəfə yol taparaq turnirdə vurduğu qolların sayını 11-ə çatdırıb.

"Report" xəbər verir ki, bununla da o, turnirin qrup mərhələsində rekord müəyyən edib.

Əvvəlki rekord "Şaxtyor"un heyətində qrup mərhələsində 9 qol vuran braziliyalı forvard Luis Adrianoya məxsus idi.

Qeyd edək ki, "Real" - "Malmö" (İsveç) görüşü 8:0 hesabı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi