​Ronaldinyo yenə komandadan qovulub

​Ronaldinyo yenə komandadan qovulub Futbolçu məşqə qatılmadığı üçün xaric olunub
Futbol
17 Mart , 2015 17:00
​Ronaldinyo yenə komandadan qovulub

Bakı. 17 Mart. REPORT.AZ/ Braziliyalı futbolçu Ronaldinyo Meksikanın "Keretaro" komandasından qovulub. "Report"un məlumatına görə, buna səbəb futbolçunun məşqlərə qatılmaması olub.

Futbolçu Meksika çempionatının X turunda "Toluka"ya qaşrı keçirilən görüşdə meydana çıxmayıb.

Braziliyalı eyni hallara görə bundan öncə də problem yaşayıb. Ötən ilin iyulunda "Atletiko Mineyro"da forma geyinən Ronaldinyo intizamsız davranışları səbəbindən komandadan xaric edilmişdi.

Qeyd edək ki, "Keretaro" 10 turdan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi