Romario Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini verəcək

Romario Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini verəcək Onun namizədliyi "Podemos" partiyasından irəli sürüləcək
Futbol
27 Sentyabr , 2017 06:17
Romario Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini verəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Məşhur braziliyalı futbolçu, 1994-cü ilin dünya çempionu Romario "Podemos" partiyasından Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini irəli sürmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Braziliya Parlamentinin Yuxarı palatasında senator vəzifəsini tutan sabiq futbolçu müvafiq bəyanatla çərşənbə axşamı yerli SporTV telekanalının efirində çıxış edib.

"Gələn il Rio-de-Janeyronun qubernatoru vəzifəsinə seçkilər keçiriləcək və çox güman ki, mən namizəd olacağam. Biz partiya həmkarlarımız arasında görüşlər keçirəcəyik. Artıq indidən demək olar ki, mən namizədliyimin irəli sürülməsi üçün əlimdən gələni edəcəyəm", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi