Rusiya "Lokomotiv"inin futbolçusu "Qarabağ"ı bəyənib

Rusiya "Lokomotiv"inin futbolçusu "Qarabağ"ı bəyənib Roman Şişkin: "Rəqibin heyətində çoxlu texnikalı futbolçu var"
Futbol
8 İyul , 2015 11:38
Rusiya Lokomotivinin futbolçusu Qarabağı bəyənib

Bakı. 8 iyul. REPORT.AZ/ "Qarabağ" ciddi komandadır. Heyətində çoxlu texnikalı futbolçu var və onlar topa çox gözəl nəzarət edirlər". "Report"un məlumatına görə, bunu "Qarabağ"la Avstriyada keçirilmiş yoxlama görüşündən sonra Rusiyanın "Lokomotiv" (Moskva) komandasının futbolçusu Roman Şişkin deyib.

28 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin heyətində daha çox braziliyalı legionerləri fərqləndirib: "Məsələn, cərimə zərbəsindən qol vuran Reynaldo. Top tora çönüb daxil olsa da, gözəl zərbə idi. Rəqib xoşuma gəldi. Bu komanda əbəs yerə onlar öz ölkəsinin çempionu olmayıb və tezliklə Çempionlar Liqasında çıxış edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Lokomotiv" matçı 2:2 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi