Yuxarı

Roman Qriqorçukun oğlu Azərbaycan çempionatında çıxış edəcək

Bu barədə baş məşqçinin özü məlumat verib

Bakı. 1 iyun. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun oğlu Tamerlan Qriqorçuk klubun akademiyasında məşqlərə qoşulub. "Report"un məlumatına görə, bu barədə 51 yaşlı mütəxəssis "Sport-Express Ukrayna" nəşrinə müsahibəsində bildirib.

Ukraynalı baş məşqçi akademiyada hər bir şəraitin olduğunu və işə ciddi yanaşıldığı deyib: "Oğlum aşağı yaş qrupunda çıxış edir. Yeni mövsümdən onun yaşı Azərbaycanın U-10 Liqasında çıxış etməyə imkan verəcək. Tamerlanın işə münasibətinə baxacağıq. Mən oğlumun arzularını tam rəhbər tuturam. İstəsə, məşq edəcək. Ancaq iradəsinin əleyhinə olan hər hansı bir işi görməyimə lüzum yoxdur".

Qeyd edək ki, Tamerlan Qriqorçukun hazırda 8 yaşı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi