Roman Qriqorçuk: "Yunanıstan klubları ilə oynayarkən motivasiyada fərq yoxdur"

Roman Qriqorçuk: "Yunanıstan klubları ilə oynayarkən motivasiyada fərq yoxdur" "Pley-off"da mərhələ üçün oynayırdıqsa, qrupda xal yığmaq üçün mübarizə aparacağıq"
Futbol
16 Sentyabr , 2015 19:58
Roman Qriqorçuk: Yunanıstan klubları ilə oynayarkən motivasiyada fərq yoxdur

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Avropa Liqasından öncə komandada yeni oyunçular vardı və bizə zaman lazım idi. Bu müddətdə oyunçular bir-birini yaxşı başa düşməli idi. Ancaq bu gün əvvəlkindən çox-çox yaxşı, hazırlıqlı vəziyyətdəyik. Düşünürəm ki, Yunanıstan klubları ilə oynayarkən motivasiyada fərq yoxdur. Çünki "pley-off"da mərhələ üçün oynayırdıqsa, qrupda xal yığmaq üçün mübarizə aparacağıq". "Report"un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubu ilə keçiriləcək oyundan danışan mütəxəssis bunları bildirib: "Öz oyunumuz nümayiş etdirərək rəqibi neytrallaşdırmaq çətindir. Daha çox nəticə əldə etməyə çalışmalıyıq"

Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.

- Rafael Santosdan başqa komandada hansısa problem var?

- Xeyr, Santosdan başqa hər kəs hazırdır.

- Yeni transferlər sabahkı oyunda komandaya kömək etməyə hazırdır?

- Demək olar ki, onlar 100 faiz hazır deyillər. Ancaq sabahkı oyunda olacaqlarını istisna etmirəm.

- Rəqibi analiz etmisiniz. Hansı məlumatları əldə etmisiniz?

- Rəqibin oyununu analiz etmişik. Demək olmaz ki, hər şeyi bilirik. Nəzərə almalıyıq ki, rəqibin baş məşqçisi yenidir və taktika və oyunçulara yanaşması fərqlidir. Bütün olanları nəzərə almışıq və komanda da bundan məlumatlıdır. Rəqibdə hansısa yeniliklərin olacağına özümüzü hazırlayırıq.

- Avropa Liqasında "Qarabağ" və "Qəbələ" mübarizə aparır. Start baxımından hansı komandanın daha çox bəxti gətirib?

- Hesab edirəm ki, bunun önəmi yoxdur. Çünki biz 3 oyun səfərdə, 3-nü isə evdə oynayacağıq. Hesab edirəm ki, "Borussiya" kimi komanda Azərbaycana gəlir və biz bununla fəxr etməliyik. Çünki bu cür böyük komanda Bakıya gəlir. "Tottenhem"in, "Borussiya"nın Bakıya gəlməsi Azərbaycan üçün bayramdır.

- Ruslan Abışov "Qəbələ"dən getdi və yenidən komandaya qayıtdı. Niyə getmişdi və niyə qayıtdı?

- Həm daxili, həm də beynəlxalq turnirlərdə uğur qazanmaq üçün komandanın 4 mərkəz müdafiəçisi olmalıdır. Abışov gələnə qədər bizdə 3 mərkəz müdafiəçisi vardı. Allaha yalvarırdım ki, Santos və Stankoviç nə cəza alsın, nə də zədələnsin. Ona görə də belə qərara gəldik ki, komandaya daha bir mərkəz müdafiəçisi gətirək. Mən həmin futbolçudan daxili çempionatda istifadə edə biləcəm.

- Ruslan Abışov "Xəzər Lənkəran"da olarkən demişdi ki, Qriqorçuk həmyerlisini qoyub məni oynatmaz. Həmin məsələyə aydınlıq gəlib?

- Onun gəlişinə qədər bu barədə danışığımız olmayıb. Bu, peşəkarlıqdan uzaq sualdır. Biz sabah PAOK-la oynayırıq və Abışov da sabah iştirak etməyəcək. Bu mövzu bu gün olmalı deyildi. Hər bir futbolçu kimi, Abışova da hörmətimiz var. Yəqin ki, o da bu məsələdə peşmandır.

Son xəbərlər

Orphus sistemi