Roman Qriqorçuk: "Stressdən yata bilməyəcəm"

Roman Qriqorçuk: "Stressdən yata bilməyəcəm" Həm qələbəyə, həm böyük beşlik komandasına qalib gəldiyimiz üçün sevinirik
Futbol
5 Avqust , 2016 01:01
Roman Qriqorçuk: Stressdən yata bilməyəcəm

Bakı. 5 avqust. REPORT.AZ/ "Həm qələbəyə, həm böyük beşlik komandasına qalib gəldiyimiz üçün sevinirik. Stadiona toplaşan azarkeşlər üçün meydanı qalib tərk etmək istəyirdim. Həm də bu qələbə Cavid Hüseynova həsr olunur".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis oyun haqda bunları bildirib: "Heç kimi incitmək, xətrinə dəymək istəmirəm. Amma demək istəyirəm ki, limit məsələsi mənasızdır. Düşünmürəm ki, bu limit nəyəsə kömək etsin. Limitin aradan qalxması futbol üçün xeyirli olar. Həftəsonu ölkə çempionatı başlayır. "Kəpəz"lə qarşılaşacağıq. Ancaq bu oyunun təxirə salınmasından söhbət gedə bilməz. Təqvimdən qaça bilmərik. Elə bil rejimə öyrənmişəm ki, saat 4-dən tez yata bilmirəm. Qələbəyə görə müsbət stress var və yenə də yata bilməyəcəm".

Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səfərdə 1:1 hesabı qeydə alındığından Azərbaycan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi