Roman Qriqorçuk "Qəbələ"dəki taleyindən danışıb

Roman Qriqorçuk "Qəbələ"dəki taleyindən danışıb "Bu gün çox qəribə səssizlik var idi, sanki futbol matçı keçirilmirdi"
Futbol
24 Aprel , 2017 17:43
Roman Qriqorçuk Qəbələdəki taleyindən danışıb

Qəbələ. 24 aprel. REPORT.AZ/ "Qələbə ikinci yeri təmin etməyimizə kömək oldu. Buna görə sevinirəm".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "İnter"i 4:3 hesabı ilə məğlub edərək, Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandıqları XXVII tur matçından sonra deyib. O bildirib ki, çempion olmaq üçün qalib gəlmək, bir çox amillərdə üstün olmaq lazımdır. Ukraynalı mütəxəssis bəzi görüşlərdə onlarla qol vəziyyəti yaratmalarına baxmayaraq, fərqlənə bilməmələrindən şikayətlənib: "Səbəblər çoxdur. Sadalasam, vaxt çatmaz. Çempionluğun məhz hansı oyunda əldən getdiyini demək çətindir. Çempionatda 28 matç var. Çempion olmaq üçün üstün oyandığımız oyunlarda qalib gəlməli idik. Karyeramda çox oyunlar görmüşəm. Amma bu gün çox qəribə bir səssizlik var idi. Sanki futbol matçı keçirilmirdi. Belə məqamlar da var".

R.Qriqorçuk "Qarabağ"la mayın 5-də Naxçıvanda keçirəcəkləri Azərbaycan Kubokunun final matçında qalib gələrək, mövsümü titulla başa vurmağa çalışacaqlarını bildirib: "Final matçlarında favorit olmur. Bir neçə dəfə qalib gəldiyimiz "Qarabağ"la qarşılaşacağıq. Şansımız var. Bundam istifadə etməyə çalışacağıq. Titul əldə etsək, "Qəbələ" üçün uğurlu nəticə olacaq. Komandamız üçün çox önəmli, uğurlu mövsüm oldu. Avropa Liqasında qrup mərhələsində çıxış etdik. Çempionluq uğrunda mübarizə apardıq və kubokun finalına vəsiqə əldə etmişik. Bir sözlə, imkanlarımız daxilində maksimumu gerçəkləşdirmişik".

"Qəbələ"dəki taleyiniz kubokun finalından asılıdır" sualını isə baş məşqçi belə cavablandırıb: "Daim inkişaf barədə düşünmək lazımdır. Rəhbərliklə danışmalıyam. Hansı perspektivlərin, hədəflərin olmasını dəqiqləşdirməliyik".

Son xəbərlər

Orphus sistemi