Roman Qriqorçuk: "Qarabağ"la növbəti oyunda gərgin mübarizə gedəcək"

Roman Qriqorçuk: "Qarabağ"la növbəti oyunda gərgin mübarizə gedəcək" "Bugünkü qələbə finala yüksəlməyimizi rəsmiləşdirdi"
Futbol
5 Aprel , 2017 19:47
Roman Qriqorçuk: Qarabağla növbəti oyunda gərgin mübarizə gedəcək
courtesy image

Bakı. 5 aprel. REPORT.AZ/ "İlk görüşdəki səfər qələbəsindən sonra finala yüksəldiyimizi demək tez idi. Bugünkü qələbə finala yüksəlməyimizi rəsmiləşdirdi. Buna görə nəticədən razıyam".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"i evdə 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal matçından sonra deyib.

Ukraynalı mütəxəssis heyətdəki futbolçuların çıxışlarına diqqət çəkib: "Rəşad Eyyubova demişəm ki, daha sadə oynasın, çox fikirləşməsin. O, üzərinə düşən işi yaxşı bilir. Mən onun Premyer Liqa səviyyəsində olmaması fkri ilə razı deyiləm. Baqali Dabo uzun müddət oynamadığı üçün hələ formada deyildi. Subotiç isə oyun üslubumuza tam uyğunlaşmayıb. Ona vaxt lazımdır. Teo Uiksi ikinci hücumçu kimi oynadırdıq. Amma dayaq yarımmüdafiəçisi kimi daha yaxşıdır".

R.Qriqorçuk "Qəbələ"nin həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizədə əsas rəqibi olan "Qarabağ"la oyunları ölkə futbolunun bəzəyi adlandırıb: "Bizim aramızda ciddi, gərgin mübarizə gedir. Növbəti oyunda da belə olacaq".

Qeyd edək ki, "Qəbələ" səfərdə 3:1 hesabı ilə məğlub etdiyi "İnter" üzərində evdə 2 top fərqi ilə qələbə qazanaraq finala yüksəlib. "Qırmızı-qaralar"ın həlledici görüşdəki rəqibi "Qarabağ" - "Neftçi" cütünün qalibi olacaq.  

Son xəbərlər

Orphus sistemi