Roman Qriqorçuk: "Nəticə hücumda necə oynamağımızdan asılı olacaq"

Roman Qriqorçuk: "Nəticə hücumda necə oynamağımızdan asılı olacaq" "Yalnız Ederə görə oyunumuzu dəyişən deyilik"
Futbol
3 Avqust , 2016 21:01
Roman Qriqorçuk: Nəticə hücumda necə oynamağımızdan asılı olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ "Sabahkı oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq". 

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə keçiriləcək cavab görüşüöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Ukraynalı baş məşqçi oyunda hücum futbolu görmək istədiklərini və bu istiqamətdə də çalışdıqlarını bildirib. "Həmişə əks-hücuma üstünlük vermirik. Əsasən mövqe hücumunu seçirik. Karyeram ərzində futbolçulara "A və ya B variantı var" demirəm. Üstünlüyümüz rəqibin hücumu zamanı zəif tərəfləri istiqamətdə hərəkət etmək ola bilər. Ederin səviyyəsinə bələdik. Ancaq rəqibin heyətində başqa təhlükəli futbolçular da var. Bu səbəbdən yalnız Ederə görə oyunumuzu dəyişən deyilik. "Lill"in daha çox cinahlarda üstünlüyə malik olmasını düşünmürəm. Sadəcə, Fransadakı ilk oyunda belə alındı. Cinahlarda rəqibə boş zonalar verməməliyik. Düzdür, rəqib sürətli və yüksək səviyyəli oyunçulara sahibdir. Bir neçə ay ərzində maksimum hazırlaşmışıq demək düzgün olmaz. Ancaq ümumi komandada motivasiya yüksəkdir və öyrənmə qabiliyyətləri yüksəkdir. Rəqiblər dəyişir, amma arzular yox. Həmişə 5:0, 6:0 hesablı qələbə qazanmaq istəyirik".

R.Qriqorçuk heyətin gücləndirilməsindən söz açıb: "Hər bir baş məşqçinin arzusu heyəti gücləndirməkdir. İstədiyimiz hücumçunu hələ ala bilməmişik. Dayaq yarımmüdafiəçi mövqeyini də gücləndirmək istəyirik. Bu mövqedə olan oyunçularımıza inanırıq. Onlardan faydalanmağa çalışırıq. Sabiq köməkçilərimlə danışıram. Biz bu gün üçün yaşayırıq və geridə qalanları fikirləşməyə dəyməz. Futbolçularla hələ danışmamışam. Köməkçilərim hələ işsizdir və şəxsi məsələləri ilə məşğuldurlar".

Baş məşqçi bu gün sosial şəbəkədə dəstək videosu nümayiş etdirən "Qəbələ"nin sabiq üzvü Viktor Mendi ilə bağlı da danışıb: "Videonu görməmişəm, amma bu barədə eşitmişəm. Onunla işlədiyim üçün şadam və belə bir adamla fəxr edirəm. Dəstəyinə görə təşəkkürümü bildirirəm".

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" klubları arasında keçirilmiş cavab görüşü haqda da danışıb: "Oyun zamanı məşqimiz olduğu üçün bəzi epizodlara baxmışam. "Qarabağ" haqda yalnız xoş sözlər deyib, onlara dəstək ola bilərəm".

Son xəbərlər

Orphus sistemi