Yuxarı
    Bağlamaq

    ​Roman Qriqorçuk "Qəbələ"dən ayrıla bilər

    Klubla qeyri-rəsmi razılığımız var

    Bakı. 1 iyun. REPORT.AZ/ "Qışda mənə təkliflər oldu və onlardan bir neçəsi ciddi idi. Ancaq işlədiyim kluba hörmətim böyükdür. Bu səbəbdən, heç bir danışıq aparmadım". "Report"un məlumatına görə, bunu "Sport-Express Ukrayna" nəşrinə açıqlamasında "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

    51 yaşlı mütəxəssis təkliflərin olmasına baxmayaraq, indiki vaxtda "Qəbələ"nin yanında olmasının vacibliyini bildirib. Ukraynalı baş məşqçi gələcək karyerasına da aydınlıq gətirib: "Qəbələ" ilə yeni müqaviləm 2017-ci ilin yayında başa çatır. Amma klubla qeyri-rəsmi razılığımız var: Hansısa ciddi və maraqlı təkliflər olsa, klub buna anlayışla yanaşacaq".

    Qeyd edək ki, Roman Qriqorçuk 2014-cü ilin dekabrından "Qəbələ"də çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi