Roman Qriqorçuk: "Cavid Hüseynov bu gün 90 dəqiqə oynamağa hazır deyildi"

Roman Qriqorçuk: "Cavid Hüseynov bu gün 90 dəqiqə oynamağa hazır deyildi" "Əvvəlki səviyyəsinə qayıtması üçün əlimizdən gələni edirik"
Futbol
25 Oktyabr , 2016 18:21
Roman Qriqorçuk: Cavid Hüseynov bu gün 90 dəqiqə oynamağa hazır deyildi

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Oyunun nəticəsinin ədalətli olub-olmadığını deyə bilmərəm. Bunu şərh etmək istəmirəm”. 

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt”la oyundan sonra "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. 

Ukraynalı mütəxəssis komandasının Topaz Premyer Liqasının IX turunda "Sumqayıt”la heç-heçə oynadıqları matçda rəqibin heyətində hər iki qolu "Qəbələ”nin yetirmələrinin vurmasına belə münasibət bildirib: "Futbolçu üçün qol vurmaq hər zaman xoşdur. Buna görə də oyunçuları təbrik edirəm. Öz oyunçularımın çıxışını dəyərləndirmək istəmirəm. Oyun baxımından deyə bilərəm ki, komandamdan razıyam”.

Qriqorçuk hakimlik barədə konkret fikir bildirməyib: "Bu mövsüm hakimlik barədə danışmaq istəmirəm. Bu barədə sualı bəlkə də klub rəhbərliyinə verə bilərsiz”.

"Qəbələ”nin çalışdırıcısı Cavid Hüseynovla bağlı sualı belə cavablandırıb: "Çox şadam ki, Cavid bizimlə birgədir. Onun bu gün meydana çıxmasına görə sevinirəm. Əvvəlki səviyyəsinə qayıtması üçün əlimizdən gələni edirik. Bu gün 90 dəqiqə oynamaq üçün hazır deyildi”. 

O, təqvimin sıx olmasından gileylənmək fikrində olmadığını bildirib: "Bizim üçün 2-3 gündən bir oynamaq çox çətindir. Bizə təklif olunan təqvimdən heç vaxt şikayətlənmirik. Sıx təqvimdə oynamaq üçün tam komplektləşməmişik. Lakin təqvimdən şikayətlənmrəm”.

Xatırladaq ki, Cavid 14 aydan sonra bugünkü matçda yaşıl meydana dönüb. 

Son xəbərlər

Orphus sistemi