Yuxarı
    Bağlamaq

    ​Roman Qriqorçuk: "Biz bu gün "Qarabağ"a, sabah da "İnter"ə azarkeşlik etməliyik"

    Kipr Apollonu ilə oyun sabahkı çox çətin olacaq

    Bakı. 5 avqust. REPORT.AZ/ "Hakimlər FİFA tərəfindən yüksək kvalifikasiyaya görə təyin olunur. Bu gün istənilən komandada lazımi qədər legioner oyunçu tapmaq olar. Ona görə də inanmıram ki, hakimlər yerlibazlıq etsin. İlk oyunda ukraynalı hakim idi. Hakim öz adını qorumağa çalışmalıdır". "Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

    Avropa Liqasının III təsnifat mərhələsində Kipr "Apollon"u ilə cavab görüşündən öncə keçirilən mətbuat konfransında fikirlərini bildirən baş məşqçi doğma meydan amilindən danışıb və rəqibin güclü olduğunu bildirib: "Əminliklə qeyd edə bilərəm ki, oyun çox çətin olacaq. Rəqibin təhlükəli və sürətli futbolçuları var. Artıq öncəki nəticəni unutmuşuq".

    R.Qriqorçuk komandanın psixoloji vəziyyətindən də söz açıb: "Qarabağ" və "İnter"in avrokuboklarda mübarizəni dayandırması və yalnız "Qəbələ"nin yoluna davam etməsi haqda düşünmək istəmirəm. Biz bu gün "Qarabağ"a, sabah da "İnter"ə azarkeşlik etməliyik. İstərdik ki, hər üç komanda mərhələ keçsin və Azərbaycan futbolunun imici qalxsın". 

    "Cavid Hüseynovun oynamağını istərdim. Öncə isə Kipr azarkeşlərinin vəhşiliyindən danışmaq istərdim. Penati təyin olunduqdan sonra şüşə butulkalar, alışqanlar, qəpiklər atırdılar. Təsəvvür edin, bunlardan hansısa bir futbolçuya dəydi və öldü. O zaman Hüseynovdan danışmayacaqdıq. XXI əsrdə belə şeylər təsəvvür edə bilmirəm. Buna görə də UEFA ilk olaraq "Apollon"a cəza verməlidir. Azarkeşlər meydana yad əşyalar atanda hakim oyunu saxlamalı və texniki məğlubiyyət verməli idi. Bu səbəbdən mən öz azarkeşlərimizi insanlığa çağırıram və öz mədəniyyətimizi göstərməyə dəvət edirəm. Bundan başqa, bayrağımızı yandırırdılar. Bunu necə başa düşmək olar?",- R.Qriqorçuk bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi