Roman Qriqorçuk: "İlk hissəyə yaxşı başlasaq da, alınmadı"

Roman Qriqorçuk: "İlk hissəyə yaxşı başlasaq da, alınmadı" Bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib
Futbol
11 Dekabr , 2015 00:29
Roman Qriqorçuk: İlk hissəyə yaxşı başlasaq da, alınmadı

Bakı. 11 dekabr. REPORT.AZ/ "Avrokubok bizim üçün yekunlaşı. Düşünürəm ki, qrupda elə də görsənmədik. Nələrin üzərində işləyəcəyimizi bildik. Oyunçulara da dedim ki, başımızı aşağı salmamalıyıq və irəli baxmalıyıq". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Qeyd edək ki, "Qəbələ"-"Krasnodar" qarşılaşması 0-3 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ı ilə keçirilmiş oyundan sonra R.Qriqorçuk bunları bildirib: "Komandanı yerli və ya legioner futbolçulara bölməməliyik. Çünki komanda şəklində mübarizə aparırıq, meydana çıxırıq. Ölkə çempionatında reqlament fərqlidir və əsasən yerli futbolçular oynayır. Mənim yanaşmam isə fərqlidir. Oyundan əvvəl hansı futbolçular hazırdırsa, meydana da onlar çıxır. Paltardəyişmə otağında futbolçulara razı qaldığımı dedim. İlk hissəyə yaxşı başlasaq da, alınmadı. Buna görə komandanı qınamıram. Popoviç qol buraxdıqdan sonra ona dedim ki, belə hadisələrdən sonra oyunçu daha da yetişməlidir. Düşünmürəm ki, o qədər də pis oynadıq".

"Hər hansı bir futbolçunun pul barədə fikirləşməsini, oynamaq istəməməsini düşünmürəm. Onlar pul üçün yox, təcrübə üçün oynadılar. Bu təcrübə də bizə gələcəkdə inkişaf üçün kömək edəcək" - deyə, baş məşqçi bildirib.

Son xəbərlər

Orphus sistemi