Yuxarı
    Bağlamaq

    Roman Qriqorçuk: "Ağlayası deyilik ki..."

    Qəbələnin baş məşqçisi komandanın oyununda razı qalıb

    Bakı. 12 fevral. REPORT.AZ/ "Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydan bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər”.

    "Report"un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə “Zirə” ilə 2:2 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında deyib.

    Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    - Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?

    - Yaxşı oyun göstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdür, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.

    - Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. “Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?

    - Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdır. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədir. Əhvalımızı korlamamalı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki...

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi