Yuxarı
    Bağlamaq

    Roman Qriqorçuk: "Bütün səylərim "Qəbələ" ilə birgə yüksək nəticələr əldə etməyə yönəlib"

    Qəbələ klubunun baş məşqçisi Azərbaycan xalqını 18 oktyabr - Müstəqillik günü münasibətilə təbrik edib.

    Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyun öncəsi azarkeşlərlə görüşə qatılıb. "Report"un məlumatına görə, tədbirin ardından təşkil olunan brifinqdə ukraynalı mütəxəssis əvvəlcə Azərbaycan xalqını 18 oktyabr - Müstəqillik günü münasibətilə təbrik edib:

    - Bu gün çox əlamətdar gün, böyük bayramdır. Fikrimcə, bu, çoxciddibayramdır, Müstəqillik günüdür. Böyük məmnuniyyətlə Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Hamıya ən xoş arzularımı bildirirəm. Azarkeşlərə gəldikdə, bu tədbir tez-tez birgə olmağımız, stadionda daha çox insanı görməyimiz üçündür. Futbolu biz yalnız insanlar üçün oynayırıq. Fürsətdən istifadə edərək, azarkeşləri Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyuna dəvət edirəm. Deyə bilərəm ki, bu, oyundan da üstündür. Bu, ümumilikdə Azərbaycan futbolu üçün çox əlamətdar hadisədir. Bu, "top-klub"la Avrokubok oyunudur. Fikrimcə, maraqlı qarşılaşma olacaq. Xahiş edirəm ki, hamı stadiona gəlsin. Sizin üçün böyük bayram etməyə çalışacağıq.

    - Yenə 5:0 hesablı qələbə arzusuqüvvədədir?

    - 5:0 hesablı qələbə arzusu daim var, hər zaman bunu istəyirik. Başa düşürük ki, hazırda bu, zarafat kimi görünür. Amma inanıram ki, "Qəbələ"nin bütün səviyyəli yarışlarda 5:0 hesablı qələbə qazanacağı dövr yetişəcək.

    - Ukrayna yığmasına baş məşqçi təyin olunacağınız barədə xəbərlərə münasibətiniz necədir?

    - Hər zaman belə suallara "şərhsiz" cavabını verirəm. Çünki öz klubuma, onun rəhbərliyinə və komandama böyük hörmətlə yanaşıram. Hətta daha çox şeyi deyəcəyəm: Hazırda "Qəbələ"ni çox sevirəm. Bütün səylərim, fikirlərim "Qəbələ" ilə birgə yüksək nəticələr əldə etməyə yönəlib.

    - "Borussiya" ilə matçda sürprizə, sensasiyaya imza atmaq üçün nələr baş verməlidir?

    - Bunun üçün böyük qələbəyə lazım olan kompleks işlər görülməlidir. İlk növbədə, bunu edə biləcəyimizə inanaraq meydana çıxmalıyıq. Əlbəttə, real danışsaq, belə klub üzərində qələbə qazanmaq üçün oyulun 22-si bizim günümüz olmalıdır. Heç vaxt oynamadığımız futbol sərgiləməliyik. Oyuna mövcudluğumuzdan artığını qoymalıyıq. Əlbəttə, uğur da bizim tərəfimizdə olmalıdır. Bunsuz böyük uğurlar olmur.

    - Ukrayna millisi AVRO-2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu. Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın intiqam alma şansları var?

    - Əvvəla, hamının şansları təqribən bərabərdir. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final mərhələsinə yüksəlmə şansı var. Mən öz ölkəmin yığmasına azarkeşlik edirəm. Arzu edirəm ki, AVRO-2016-ya məhz Ukrayna yüksəlsin. Ukrayna kimi futbol ölkəsi daim Avropa və dünya çempionatlarında olmalı, belə mötəbər yarışlara necə vəsiqə qazanmaq üzərində düşünməməlidir. Belə hesab edir və buna inanıram. Çünki Ukrayna ən yaxşı yerləri tutmağa layiqdir və lazımi resursa da malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi