Roman Hüseynov: "Növbəti mövsüm "Kəpəz" üçün daha uğurlu olacaq" - MÜSAHİBƏ

Roman Hüseynov: "Növbəti mövsüm "Kəpəz" üçün daha uğurlu olacaq" - MÜSAHİBƏ Qəbələ. 29 aprel. REPORT.AZ/ Kəpəz futbol komandasının futbolçusu Roman Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə Qəbələyə 0:3 hesablı məğlubiyyətdən sonra Reportun suallarını cavablandırıb.
Futbol
29 Aprel , 2018 20:18
Roman Hüseynov: Növbəti mövsüm Kəpəz üçün daha uğurlu olacaq - MÜSAHİBƏ
Foto: "Report"

Qəbələ. 29 aprel. REPORT.AZ/ "Kəpəz" futbol komandasının futbolçusu Roman Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Qəbələ"yə 0:3 hesablı məğlubiyyətdən sonra "Report"un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Müqavilə ilə "Qəbələ"yə məxsus olsanız da, bu gün doğma kluba qarşı oynayırdınız.

- "Qəbələ" güclü futbolçulardan formalaşmış komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı ki, müqavilə ilə məxsus olduğum komandaya qarşı forma geyinə bilməməyimlə bağlı şərt yoxdur.

- Oyunun əvvəlində "Kəpəz" heç də pis təsir bağışlamırdı.

- Elədir ki, var. Həqiqətən də yaxşı başlamışdıq. Sadəcə, ardını gətirə bilmədik. Qolları qapımıza öz səhvlərimiz üzündən buraxdıq.

- Növbəti mövsüm vəziyyəti düzəltmək üçün nələr edilməlidir?

- Təcrübəli baş məşqçimiz var. Nəyin necə edilməyini o, daha yaxşı bilir. Sadəcə, komandamızın tərkibi yenidir, heyət yeni yığılıb və buna görə də müəyyən vaxta ehtiyacımız var. İnanıram ki, növbəti mövsüm "Kəpəz" üçün daha uğurlu olacaq.

Son xəbərlər

Orphus sistemi