Roman Abramoviç "Çelsi"nin baş məşqçi postuna gənc mütəxəssisi gətirmək istəyir

Roman Abramoviç "Çelsi"nin baş məşqçi postuna gənc mütəxəssisi gətirmək istəyir Bakı. 19 aprel. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu yeni mövsüm üçün baş məşqçi axtarışlarına start verib.
Futbol
19 Aprel , 2018 17:17
Roman Abramoviç Çelsinin baş məşqçi postuna gənc mütəxəssisi gətirmək istəyir

Bakı. 19 aprel. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu yeni mövsüm üçün baş məşqçi axtarışlarına start verib.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisinin sahibi Roman Abramoviç yay fasiləsində komandanı tərk edəcəyi gözlənilən Antonio Kontenin əvəzinə fərqli variantları nəzərdən keçirir.

Namizədlər arasında İspaniya “Barselona”sının sabiq baş məşqçisi Luis Enrike, İtaliya “Yuventus”unun sükanı arxasında olan Massimiliano Alleqri, “Napoli”yə rəhbərlik edən Mauritsio Sarri və “Monako”da çalışan Leonardu Jardimin adları ön plandadır.

Rusiyalı iş adamının “Çelsi”ni tanınmış simaya deyil, gənc və perspektivli baş məşqçiyə həvalə etməyi də götür-qoy etdiyi bildirilir. Bu siyahıda isə “Roma”nın baş məşqçisi Eusebio Di Françesko, “Hoffenhaym"a rəhbərlik edən Yulian Naqelsmann və “Haddersfild”in sükanı arxasında olan Devid Vaqnerin adları yer alıb.

Qeyd edək ki, Antonio Konte 2016-cı ilin yayından “Çelsi”nin baş məşqçisidir. London təmsilçisi ötən mövsüm italiyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasının qalibi olub. “Zadəganlar” cari çempionatda 33 oyundan 60 xalla 5-ci pillədə qərarlaşıblar və Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki “Tottenhem”dən 8 xal geri qalırlar.

Son xəbərlər

Orphus sistemi