Romada rus və italiyalı azarkeşlər arasında kütləvi dava olub - VİDEO

Romada rus və italiyalı azarkeşlər arasında kütləvi dava olub - VİDEO Bakı. 24 oktyabr. REPORT.AZ/ Çərşənbə axşamı İtaliya paytaxtında yerləşən Stadio Olimpiko stadionu yaxınlığında Roma və MOİK klubları arasında keçirilən Çempionlar Liqası oyunu öncəsi yerli və rusiyalı azarkeşlər arasında iki kütləvi dava olub.
Futbol
24 Oktyabr , 2018 04:23
Romada rus və italiyalı azarkeşlər arasında kütləvi dava olub - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ Çərşənbə axşamı İtaliya paytaxtında yerləşən "Stadio Olimpiko" stadionu yaxınlığında "Roma" və MOİK klubları arasında keçirilən Çempionlar Liqası oyunu öncəsi yerli və rusiyalı azarkeşlər arasında iki kütləvi dava olub.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyinin "Twitter" səhifəsi məlumat yayıb.

Dava nəticəsində bir Rusiya vətəndaşı bıçaqlanıb, daha ikisi isə döyülüb.

Fanatların davasına polis su şırnağı ilə müdaxilə edib.

"Il Messaggero" qəzetinin yazdığına görə, münaqişə zamanı iki Rusiya və bir İtaliya vətəndaşı saxlanılıb, həmçinin 15 "Roma" azarkeşinin sənədləri yoxlanılıb. Onların polis bölməsinə aparılıb-aparılmadığı məlum deyil.

Nəşrin məlumatına görə, davalardan biri "Stadio Olimpiko" yaxınlığındakı Duka d'Aosta körpüsündə, digəri isə Mançini meydanında baş verib.

Bundan əvvəl Roma metrosunda Rusiya azarkeşlərinin içkili vəziyyətdə atılıb-düşməsi səbəbindən eskalatorun qırılması nəticəsində 30 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi