Yuxarı

"Roma" Xorvatiya millisinin futbolçusu Ante Çoriçlə müqavilə bağlayıb

"Roma" Xorvatiya millisinin futbolçusu Ante Çoriçlə müqavilə bağlayıb

Bakı. 28 may. REPORT.AZ/ İtaliyanın "Roma" klubu Xorvatiya milli komandasının və Zaqreb "Dinamo"sunun futbolçusu Ante Çoriçlə müqavilə bağlayıb.

"Report"un məlumatına görə, bu barədə "sarı-qırmızılar"ın idman direktoru Ramon Monçi açıqlama verib. O, 21 yaşlı yarımmüdafiəçi ilə 5 il müddətinə anlaşdıqlarını bildirib.

Qeyd edək ki, Ante Çoriç peşəkar futbolçu karyerasına 2014-cü ildə "Dinamo"da başlayıb. O, klubda 89 oyuna 15 qol vurub. Çoriç 2016-cı ildən dəvət aldığı Xorvatiya yığmasında 3 oyuna çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi