"Roma" türkiyəli futbolçunu heyətdən kənarlaşdırıb

"Roma" türkiyəli futbolçunu heyətdən kənarlaşdırıb Bakı. 30 mart. REPORT.AZ/ İtaliyanın Roma klubunda çıxış edən türkiyəli futbolçu Cengiz Ünder heyətdən kənarlaşdırılıb.
Futbol
30 Mart , 2018 20:53
Roma türkiyəli futbolçunu heyətdən kənarlaşdırıb

Bakı. 30 mart. REPORT.AZ/ İtaliyanın "Roma" klubunda çıxış edən türkiyəli futbolçu Cengiz Ünder heyətdən kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, buna səbəb gənc futbolçunun zədəli olmasıdır. 

Türkiyə millisinin üzvü İtaliya A Seriyasının 30-cu turunda səfərdə "Bolonya" ilə matçda iştirak edə bilməyəcək. 

21 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya qarşı iştirakı isə sual altındadır. 

Qeyd edək ki, "Bolonya" - "Roma" matçı martın 31-də, "Roma" - "Barselona" qarşılaşması isə aprelin 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi