Yuxarı
    Bağlamaq

    "Roma" "Qarabağ"la oyunu azarkeşsiz keçirmə təhlükəsindən qurtulub

    UEFA İntizam Komitəsi qaradərili futbolçuya qarşı irqçilik iddiaları ilə bağlı qərar verib

    Bakı. 17 noyabr. REPORT.AZ/ UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb.

    “Report” "Roma"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən “Roma” azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqni tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.

    Qeyd edək ki, Almaniya yığmasının əslən syerre-leonedən olan müdafiəçisi bu ilin yayında 35 milyon avro qarşılığında məhz “Roma”dan “Çelsi”yə transfer olunub. İtaliyalı fanatların irqçi davranışlara yol vermələri ilə bağlı iddia doğru çıxsaydı, UEFA paytaxt klubunu Çempionlar Liqasında növbəti ev oyununu azarkeşsiz keçirmə cəzasına da məruz qoya bilərdi. Bu isə “Roma”nın dekabrın 5-də VI tur çərçivəsində “Qarabağ”la görüşdə tərəfdarlarının dəstəyindən məhrum olacağı anlamına gəlirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi