“Roma” “Qarabağ”a qol vuran futbolçu ilə yeni müqavilə bağlayıb

“Roma” “Qarabağ”a qol vuran futbolçu ilə yeni müqavilə bağlayıb Dieqo Perotti ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb
Futbol
7 Dekabr , 2017 15:02
“Roma” “Qarabağ”a qol vuran futbolçu ilə yeni müqavilə bağlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında “Cenoa”dan “Roma”ya keçib. O, dekabrın 5-də İtaliyada “Qarabağ”a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.

Son xəbərlər

Orphus sistemi