Yuxarı

"Roma"nın prezidenti "Qarabağ" və "Barselona" üzərindəki qələbələri müqayisə edib

"Roma"nın prezidenti "Qarabağ" və "Barselona" üzərindəki qələbələri müqayisə edib
Bu, 5 illik klub prezidentliyim dövründə ən yaxşı oyunumuzdur
"Roma" klubunun prezidenti Ceyms Pallotta

Bakı. 11 aprel. REPORT.AZ/ "Bu, ən gözəl qələbə, fantastik gecədir".

"Report"un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya "Barselona"sını 3:0 hesabı ilə yendikləri cavab görüşündən sonra deyib. Əslən ABŞ-dan olan funksioner oyuna tam dominantlıq etdiklərini bildirib: "İnanılmazı gerçəkləşdirdik. İlk oyunda bəxtimiz gətirməmişdi. Bu dəfə isə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxdıq. Qrup mərhələsinin son oyununda Perotti "Qarabağ"a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. "Roma"nın bugünkü nailiyyəti unudulmazdır".

Pallotta "Barselona"nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb. O, İspaniya nəhəngini məğlub etdikdən sonra istənilən rəqiblə mübarizəyə hazır olduqlarını bildirib: "Artıq 4 ən güclü komanda sırasındayıq. Komandamızın belə oyununu heç vaxt görməmişəm. Biz əla oynamağa qadir olduğumuzu nümayiş etdirdik. Bu, 5 illik klub prezidentliyim dövründə ən yaxşı oyunumuzdur".

Qeyd edək ki, "Roma" qrup mərhələsində "Qarabağ"ı Bakıda 2:1, İtaliya paytaxtında isə 1:0 hesabı ilə yenib. "Canavarlar" qrup lideri kimi yüksəldikləri 1/8 finalda isə Ukrayna "Şaxtyor"unu səfər qolu sayəsində üstələyiblər - 1:2, 1:0. Eyni hal "Barselona" ilə 1/4 final görüşlərində də təkrarlanıb - 1:4, 3:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi