"Roma"nın futbolçusu qəzaya düşüb

"Roma"nın futbolçusu qəzaya düşüb Dieqo Perotti idarə etdiyi “Porsche Cayenne”lə məşqə gedərkən qəza keçirib
Futbol
1 Dekabr , 2017 15:59
Romanın futbolçusu qəzaya düşüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliyanın “Roma” komandasının futbolçusu Dieqo Perotti avtomobil qəzası keçirib.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Argentinalı yarımmüdafiəçi idarə etdiyi “Porsche Cayenne” ilə məşqə gedərkən qəzaya düşüb. Avtomobil ciddi zərər görsə də, 29 yaşlı futbolçunun özü və qəza keçirən digər şəxslər xəsarət almayıblar.

Qeyd edək ki, “Roma” bu gün İtaliya A seriyasının XV turunda "Spal"ı qəbul edəcək. Çempionlar Liqasında VI turun “Roma” - “Qarabağ” matçı isə dekabrın 5-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi