"Roma"nın futbolçusu avtomobili sərxoş idarə etdiyi üçün cərimələnib

"Roma"nın futbolçusu avtomobili sərxoş idarə etdiyi üçün cərimələnib Raca Naynqolan ona qarşı irəli sürülən ittihamları inkar edib
Futbol
28 Mart , 2018 19:15
Romanın futbolçusu avtomobili sərxoş idarə etdiyi üçün cərimələnib

Bakı. 28 mart. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun və Belçika milli komandasının futbolçusu Raca Naynqolan sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.

"Report"un məlumatına görə, Belçika məhkəməsi yarımmüdafiəçinin 1600 avro ödəməsini tələb edib.

İttiham hökmü ötən il Belçika və Yunanıstan yığmaları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan yoldaşlıq matçından sonra baş vermiş hadisə ilə bağlıdır. Belə ki, 30 yaşlı futbolçu həmin qarşılaşmadan sonra dostu ilə birgə sərxoş vəziyyətdə avtomobillə gecə klubunun ərazisindən çıxarkən saxlanılıb. Naynqolan ona qarşı irəli sürülən ittihamları inkar edib.

Son xəbərlər

Orphus sistemi