"Roma"nın aparıcı futbolçusunun barmağı qırılıb

"Roma"nın aparıcı futbolçusunun barmağı qırılıb Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyanın Roma klubunun futbolçusu Daniele De Rossi zədələnib.
Futbol
8 Oktyabr , 2018 19:47
Romanın aparıcı futbolçusunun barmağı qırılıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun futbolçusu Daniele De Rossi zədələnib. 

"Report" ANSA agentliyinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının VIII turunda səfərdə "Empoli" ilə matçda xəsarət alıb. 

Təcrübəli oyunçunun tibbi müayinəsindən sonra ayaq barmağının qırıldığı müəyyənləşib. De Rossinin zədəsinin nə vaxt bərpa olunacağı hələlik bəlli deyil. 

Qeyd edək ki, "Empoli" - "Roma" matçı qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi