Yuxarı
    Bağlamaq

    “Roma” klubu yeni transferini “FİFA 2017” kompüter oyunu vasitəsi ilə təqdim edib - VİDEO

    Paytaxt klubu Lorenso Pelleqrini üçün “Sassuolo”ya 10 milyon avro ödəyib

    Bakı. 1 iyul. REPORT.AZ/ İtaliyanın “Roma” klubu ötən mövsüm “Sassuolo” komandasında çıxış edən Lorenso Pelleqrinini heyətinə qatıb.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə bağlanılıb.

    “Roma”nın öz yetirməsi olan L.Pelleqrini üçün qarşı tərəfə 10 milyon avro ödədiyi bildirilib.

    Paytaxt klubu yeni transferini “FİFA 2017” kompüter oyunu vasitəsi ilə ictimaiyyətə təqdim edib.

    Qeyd edək ki, L.Pelleqrini 2015-ci ildə 1,25 milyon avro müqabilində “Sassuolo”ya keçib. O, ötən mövsüm “qara-yaşıllar”ın heyətində 34 oyunda iştirak edib və 8 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi