"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb

"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb İtaliyanın Roma klubu Türkiyənin Gənclərbirliyi komandasının futbolçusu Mert Çetini heyətinə qatıb.
Futbol
16 Avqust , 2019 20:10
Roma daha bir türkiyəli futbolçunu heyətinə qatıb

İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Oyunçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Sözləşməyə əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə pulun 10 faizi Türkiyə təmsilçisinə veriləcək.

Qeyd edək ki, Mert Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir. "Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.  

Son xəbərlər

Orphus sistemi