Yuxarı

​Rodriqes Amerikanın birincisi oldu

O, 2014-cü ildə Real la UEFA superkuboku və klublararası dünya kubokunu qazanıb

Bakı. 28 dekabr. REPORT.AZ Amerika Beynəlxalq İdman Mətbuat Assosiasiyası Amerikada ilin ən yaxşı futbolçusunu seçib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, "Marca" nın məlumatına görə, jurnalistlər arasında keçirilən səsvermədə Kolumbiya millisi və "Real"ın yarımmüdafiəçisi Xames Rodriqes ilin ən yaxşı oyuncusu olub.

Rodriqes 2014-cü ildə "Real" la UEFA superkuboku və klublararası dünya kubokunu qazanıb.

Bundan başqa o 2014-cü il dünya çempionatında turnirin bombardiri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi