"İnter"in baş məşqçisi ​Roberto Mançini ilə bağlı komik olay baş verib

"İnter"in baş məşqçisi ​Roberto Mançini ilə bağlı komik olay baş verib İtaliyalı mütəxəssis topa zərbə endirmək istəyərkən yerə yıxılıb
Futbol
23 Noyabr , 2015 12:09
İnterin baş məşqçisi ​Roberto Mançini ilə bağlı komik olay baş verib

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XIII turun "İnter" - "Frozinone" görüşündə maraqlı epizod baş verib. "Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Roberto Mançini özünə tərəf gələn topa zərbə endirmək istəyərkən müvazinətini itirib. 

Nəticədə, təcrübəli mütəxəssis arxası üstə yerə düşüb. "İnter"in futbolçusu Adem Lyaiç Mançiniyə yaxınlaşaraq ona qalxmaqda kömək edib.

Qeyd edək ki, görüş "İnter"in 4:0 hesablı qələbəsi  ilə yekunlaşıb. Bununla da xallarını 30-a çatdıran Roberto Mançininin komandası birinci pillədə möhkəmlənib. 

Son xəbərlər

Orphus sistemi