Yuxarı

​Roberto Mançini: "Biz bura gəzməyə gəlməmişik"

Mən Qarabağı incələmişəm

Bakı. 10 dekabr. REPORT.AZ/ "İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin son oyununda "Qarabağ"la keçiriləcək oyun haqda fikirlərini bildirib.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis bunları deyib:

"Mənim Türkiyədə işləməyimin o qədər də əhəmiyyəti yoxdur. Mən "Qarabağ"ı incələmişəm və bura qələbə qazanmağa gəlmişik. "Udineze" ilə keçirilən oyunda iki fərqli hissə gördük. Bunun səbəbi fiziki məsələlərlə bağlı deyil. Yavaş-yavaş komandanı gücləndirməyə çalışırıq. "İnter"in zəif hücum xəttinə malik olmasına gəlincə, bizim də, "Qarabağ"ın da güclü hücumçuları var. Elə düşünməyin ki, biz bura gəzməyə gəlmişik. Son oyunda zəif çıxış etdik və futbolçulara əsəbləşdim. Lakin zamanla hər şey düzələcək. Mən "Qalatasaray"da uğursuz məşqçi olmamışam. İndi "İnter" turnir cədvəlində 12-cidir və əlimizdən gələni edirik ki, yüksək pillələrə qalxaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi