Yuxarı

Roberto Mançini: "Azərbaycanda qrup liderliyindən narahat olmamaq üçün "Dnepr"ə qalib gəlməli idik"

İnter Qarabağla oyuna arxayın çıxacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini dekabrın 11-də Bakıda "Qarabağ" komandası ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin son tur matçı barədə danışıb. "Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi ilə görüşə rahat çıxacaqlarını bildirib. 

Mançini deyib ki, Ukrayna "Dnepr"i ilə ötən gün oynadıqları qarşılaşmada əsas məqsədləri qələbə qazanmaqdan ibarət olub: "Bu, Azərbaycandakı matçda birinci pillədən narahatlıq keçirməmək üçün lazım idi. Komandam xarakter göstərərək, qələbəyə nail oldu". 

Qeyd edək ki, "İnter" "Dnepr"i 2:1 hesabı ilə məğlub edib. Ukrayna təmsilçisi penaltidən və say üstünlüyündən yararlana bilməyib. Nəticədə "İnter" 11 xalla F qrupunun lideri kimi Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. "Dnepr" 4 xalla 4-cü pilləyə enib. Əvəzində "Qarabağ" Fransada "Sent-Etyen"lə 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu iki komanda qrupda 2-3-cü yerləri bölüşür. Sonuncu turda "Qarabağ" "İnter"i, "Dnepr" "Sent-Etyen"i qəbul edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi