​Roberto Karlos yeni iş yerini açıqlayıb

​Roberto Karlos yeni iş yerini açıqlayıb Braziliyalı mütəxəssis Qətərdə çalışacaq
Futbol
2 İyun , 2015 10:04
​Roberto Karlos yeni iş yerini açıqlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Roberto Karlosun yeni iş yeri müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə "ESPN Brasil"ə braziliyalı mütəxəssisin özü bildirib.

O, bundan sonra Qətərin "Al Arabi" klubunda baş məşqçi olaraq fəaliyyətini davam etdirəcəyini deyib: "Al Arabi"yə böyük gözləntilərlə gəldim. Ortaya yaxşı komanda çıxarmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, 42 yaşlı braziliyalı baş məşqçilik karyerasına Mahaçqala "Anji"sində başlayıb. Daha sonra Türkiyənin "Sivasspor" və "Akhisar" komandalarının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi