​Roberto Karlos Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi postunu tərk edib

​Roberto Karlos Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi postunu tərk edib Klub 14 turdan sonra turnir cədvəlinin sonlarında qərarlaşıb
Futbol
21 Dekabr , 2014 15:44
​Roberto Karlos Türkiyənin Sivasspor klubunun baş məşqçisi postunu tərk edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Braziliya yığma komandasının sabiq futbolçusu Roberto Karlos Türkiyənin "Sivasspor" kollektivinin baş məşqçisi postunu tərk edib.

"Report" xəbər verir ki, müqavilə hər iki tərəfin razılığı əsasında ləğv edilib.

Türkiyə çempionatında keçirilən 14 turdan sonra yalnız iki qələbə qazanan "Sivasspor" 10 xalla turnir cədvəlində 17-ci yeri tutur.

Qeyd edək ki, bu həftə braziliyalı məşqçi Roberto Karlos Türkiyədə 2014-cü ilin ən yaxşı məşqçisi adına layiq görülüb.

41 yaşlı mütəxəssis Türkiyə klubuna 2013-cü ilin iyulunda baş məşqçi təyin olunub və həmin mövsüm "Sivasspor" turnir cədvəlini 5-ci yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi