Bakı. 10 iyul. REPORT.AZ/ "Hələlik mən Azərbaycan futbolundakı reallıqların böyük hissəsini görə bilməmişəm. Çünki biz xaricdə təlim-məşq toplanışında idik".
"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin repubblica.it nəşrinə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis özü kimi "Neftçi"nin də ambisiyalı olduğunu vurğulayıb: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir. Çempionatın aparıcı komandaları olan "Qarabağ" və "Qəbələ" ilə eyni mövqedə durmağa can atır. İlkin hədəf zirvəyə qayıtmaqdır".
Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə iyunun 8-də baş məşqçi təyin olunub. Paytaxt klubu onunla 2 illik müqavilə imzalayıb.