Roberto Bordin: "Komandanı yüksək toplarla oynatmamaq mənim səhvim idi"

Roberto Bordin: "Komandanı yüksək toplarla oynatmamaq mənim səhvim idi" Budapeşt. 20 iyul. REPORT.AZ / Əlbəttə, ilk 2 qoldan sonra çox ağır oldu. Müdafiənin səhvindən sonra 3-cü qolu da buraxdıq. Geri dönüş etməyə cəhd etsək də, dördüncü topu da qapımızda gördük. Komandanı düzgün motivasiya edə bilməmişdik. Azarkeşlər üçün yaxşı nəticə göstərə bilmədik.
Futbol
20 İyul , 2018 02:13
Roberto Bordin: Komandanı yüksək toplarla oynatmamaq mənim səhvim idi

Budapeşt. 20 iyul. REPORT.AZ / "Əlbəttə, ilk 2 qoldan sonra çox ağır oldu. Müdafiənin səhvindən sonra 3-cü qolu da buraxdıq. Geri dönüş etməyə cəhd etsək də, dördüncü topu da qapımızda gördük. Komandanı düzgün motivasiya edə bilməmişdik. Azarkeşlər üçün yaxşı nəticə göstərə bilmədik".

"Report"un Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Uypeşt"ə 0:4 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Qalib heyəti və taktikanı dəyişməzlər. Sizi taktikanı dəyişməyə nə vadar etdi?

- Bu, bir deyimdir, futbolda belə şeylər olur. Amma biz çox erkən iki top buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi.

- "Uypeşt"də sizi təəccübləndirən nə oldu?

- Əlbəttə, iki qol bizə çox təsir etdi. Yarımmüdafiə xətti gözlənilən səviyyədə oynamadı. Bəlkə də səhvim idi ki, komandanı yüksək toplarla oynatmadım.

- "Uypeşt"in 2 futbolçusu Bakıdakı görüşdə oynamamışdı. Bu gün onların meydanda olması oyuna təsirini göstərdi?

- Bunlar artıq keçmişdə qaldı. Yarımmüdafiə xəttində səhvlərə yol verdik. Qollar buraxdıqdan sonra vəziyyəti dəyişmək mümkün olmadı.

- Müdafiə xəttindəki Ruslan Abışov - Kirilo Petrov tandeminin çıxışından razı qaldınız?

- Yalnız müdafiəçilər haqqında danışmaq düzgün deyil. Komanda şəklində udur və ya uduzuruq.

- Emin Mahmudovun meydanda olmamasının səbəbi nə idi?

- Xüsusi səbəb yox idi. Taktiki seçim idi.

- İlk matçla müqayisədə meydanda pressinq etməməyinizin səbəbi nə idi?

- Bu, normal haldır. Bilirdik ki, rəqib bizi sıxacaq. Ona görə də müdafiədən oynayaraq, əks-hücumlara atılmaq üzərində düşünürdük. Təəssüf ki, bunu edə bilmədik. Halbuki hücumda kifayət qədər bacarıqlı oyunçularımız var idi. 

Son xəbərlər

Orphus sistemi