Roberto Bordin: "Bney Yehuda" son oyunda 9-10 nəfərlə müdafiə olunub"

Roberto Bordin: "Bney Yehuda" son oyunda 9-10 nəfərlə müdafiə olunub" Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Onlar yaxşı müdafiə olunur.
Futbol
7 Avqust , 2019 17:33
Roberto Bordin: Bney Yehuda son oyunda 9-10 nəfərlə müdafiə olunub

"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Onlar yaxşı müdafiə olunur".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsrailin "Bney Yehuda" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, rəqib son oyunda "Makkabi"yə qarşı 9-10 nəfərlə müdafiə olunub: "Topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi ustalığı olan futboluçuları çoxdur. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bura gəlib çıxmışıqsa, fədakarlıq və inam olub. Bununla kifayətlənmirik, daha çox şeylər etməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı futbol sərgiləyək. Sabahkı matçda hansı sxemlə oynayacağımızı açıqlamaq istəmirəm. Rəqib bütün heyətlə müdafiəyə çəkilir. Səhvlərdən istifadə edib, əks-hücumlar etmək niyyətindəyik. Rəqibin bizə qarşı hansı taktika ilə oynayacağını bilmirəm. Amma müdafiə və hücumda çox yaxşı komandadır".

İtaliyalı məşqçi rəqibin 3 zədəli futbolçusunun Bakıya gətirilməməsi barədə danışıb: "Onları əvəz edən oyunçular tapılacaq. Kifayət qədər yaxşı oyunçuları var. Bunun bizə üstünlük verdiyini deməzdim. "Bney Yehuda"nı əvvəlki rəqiblərimizlə müqayisə etmək istəmirəm. İlk 4 oyunumuzun davamını gətirmək istəyirik. Əks-hücumlarda yaxşı çıxış edirlər. Son oyunlarda bunu görmək olur".

Bordin deyib ki, futbolçuları "Arsenal" ilə görüşdən sonra eyforiyaya düşməyiblər: "Qələbəni "Arsenal"la oyun günü qeyd etdik. Səhəri gün növbəti oyunu düşünməyə başladıq. Hamı bilir ki, bizi ciddi matç gözləyir. Hər bir oyun fərqli yanaşırıq. Sabah evdə oynayırıq. Hər biri qarşılaşmaya hazırdır. Birinci görüşü evdə keçirməyimiz bizə mənfi hal yaşada bilməz".

İtaliya məşqçi "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayevin İsrail mətbuatına oyunla bağlı verdiyi açıqlamasına da diqqət çəkib: "Onun o cür açıqlama verməsi mənim üçün qəribədir. Sabah hakimin final fitindən sonra hər şey dəyişə bilər. Əgər biz düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdir, bu, səhv fikir olar".

O, komandadakı oyunçuların son durumları barədə də danışıb: "Emin Mahmudovun durumu yaxşıdır. Ömər Buludov da yaxşıdır. Baqali Dabo komanda ilə birgə məşq etsə də, istədiyimiz formada deyil. Böyük ehtimalla, ehtiyat oyunçular skamyasında olacaq. Rauf Əliyev oyun ərzində çox vuruşur. Son matçda vacib qol vurdu və kollektivə motivasiya verdi. Bir məşqçi üçün ən yaxşı olan hal bütün oyunçularının ixtiyarında olmasıdır. Ən yaxşıları seçib, matçın start heyətini müəyyənləşdirəcəm".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi