Robert Prosineçkinin "Valensiya" klubundan təklif aldığı iddia olunur

Robert Prosineçkinin "Valensiya" klubundan təklif aldığı iddia olunur Azərbaycan millisinin baş məşqçisi gələn mövsümdən İspaniya klubunda çalışa bilər
Futbol
17 Aprel , 2017 15:56
Robert Prosineçkinin Valensiya klubundan təklif aldığı iddia olunur

Bakı. 17 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İspaniyanın "Valensiya" klubundan təklif gəlib. 

"Report"un "Kicker"ə istinadən verdiyi məlumata görə, "yarasalar" növbəti mövsümə xorvatiyalı mütəxəssislə başlamaq niyyətindədirlər.

Bu məqsədlə 48 yaşlı mütəxəssisin nümayəndəsi Yaşar Çalışır ötən gün "Valensiya" rəsmiləri ilə görüşüb. Ona klubun uzunmüddətli əməkdaşlıq üçün baş məşqçi axtardığı bildirilib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə "Report"a açıqlamasında R.Prosineçkinin assosiasiya ilə müqaviləsinin olduğunu xatırladıb: “Mətbuatda yazılan hər xəbərə münasibətimizi açıqlaya bilmərik. Yalnız onu deyə bilərəm ki, Prosineçkinin AFFA ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləsi var”.

Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi