Yuxarı

Robert Prosineçkinin köməkçiləri məlum olub

Ona Mahmud Qurbanov, Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Faiq Əzizov və Yanko Yankoviç yardım edəcəklər

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin yerli və əcnəbi köməkçiləri müəyyənləşib.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Mahmud Qurbanov, Elxan Abdullayev, Draqan Spasiç və Qordan Tsipriç baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Faiq Əzizov qapıçılar, Yanko Yankoviç isə oyunların analizi üzrə məşqçi vəzifələrinə təyin olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi